Biz dövlətimizin ən qiymətli əmanətini -
insan həyatını daşıyırıq!


Haqqımızda

“Azerbaijan Ground Services” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

“Azerbaijan Ground Services” MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

“Azerbaijan Ground Services” MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa “Azerbaijan Ground Services” MMC beynəlxalq sərnişindaşıma üzrə bir ilkə imza atarq “Bakı-Batumi” reysini həyata keçirməyə başlamışdır. 2016-cı ilin iyul ayından başlayaraq fəaliyyət göstərən Bakı-Batumi reysi yuksək rahatlığı, servis xidməti ilə yaxın vaxtda sərnişinlərin xüsusi rəğbətini qazanmışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə müntəzəm olaraq müasir və hər cür rahatlığı olan iritutumlu avtobuslar yola salınır.

“Azerbaijan Ground Services” MMC sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılmasında ən müasir informasiya və kommunikasiya texnologiyalarından və proqram təminatından istifadə edir. Hal-hazırda sərnişinlərə bilet satışı və avtobusların perrona qəbulu - yola salınma prosesləri avtomatlaşdırılmış, mərkəzi məlumat bazası yaradılmışdır. Hörmətli Sərnişinlər! Yeni yaradılmış sərnişin biletlərinin internet üzərindən Onlayn alınması sistemi (bbak.az) Sizə imkan verir ki, Bakı Beynəlxalq Avtovağzalına gəlmədən (bunun üçün maliyyə və vaxt itgisinə yol vermədən) şəhərlərarası və beynəlxalq sərnişin biletləri əldə edə biləsiniz. Sərnişin biletlərinin internet üzərindən Onlayn alınması sistemi qısa müddət ərzində sərnişinlərin inamını qazanmış və hal-hazırda uğurla fəaliyyət göstərir.

“Azerbaijan Ground Services” MMC üçün ən önəmli məsələlərdən biri də sərnişinlərin marşrut boyu təhlükəsiz olaraq təyinat məntəqəsinə çatdırılmasıdır. Bütün bunları nəzərə alaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən avtobuslarda quraşdırılmış “GPS-naviqasiya” sistemi vasitəsi ilə avtobusların hərəkətinə və bununla da sərnişnilərin təhlükəsiz mənzil başına çatdırılmasına tam nəzarət olunur. Bakı Beynəlxalq Avtovağzalından beynəlxalq marşrutlarla hərəkət Bakı - Naxçıvan və Bakı – Batumi reysləri üzrə sərnişindaşıma ilə məşğul olan avtobuslara sığorta şirkəti tərəfindən verilmiş “Yaşıl Kart” - nəqliyyat vasitələrinə, eləcə də sərnişinlərə xüsusi prioritet verir. MDB məkanında analoqu olmayan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası və beynəlxalq reyslər üzrə yola düşən hər bir avtobus reysdən əvvəl yuyucu məntəqədən, tibbi və texniki müayinədən keçirilir.



    »  Ana səhifə
    »  Haqqımızda
    »  Sənədlər
    »  Gediş haqqı tarifləri
    »  Hərəkət cədvəlləri
    »  Vakansiyalar
    »  Foto albom
    »  Əlaqə
    »  ONLINE BİLET SİFARİŞİ

    © 2016 "Azerbaijan Ground Services" MMC. Bütün hüquqlar qorunur.

"Azerbaijan Ground Services" MMC

Sumqayıt şosesi 3-cü km
Baku, Azerbaijan

e-mail: info@groundservices.az
Telefon: (012) 406 01 58, (012) 406 01 59