 |  Biz dövlətimizin ən qiymətli əmanətini - insan həyatını daşıyırıq! |
Ana səhifə | | Haqqımızda | | Sənədlər | | Gediş haqqı tarifləri | | Hərəkət cədvəlləri | | Vakansiyalar | | Foto albom | | Əlaqə | | ------ONLINE BİLET SİFARİŞİ------ | | |
| |
Hüquqi sənədlər | | Normativ sənədlər
| | |
« Geriyə Beynəlxalq və Şəhərlərarası marşrutlarda bilet satışı qaydaları
1. Qabaqcadan bilet satışı xəzinələrində sərnişinlərə bilet satışı avtobusun yola düşməsinə 10 gün qalmış qabaqcadan satılır. Qabaqcadan bilet satışı avtobusdakı oturacaq yerlərinin 75%-dən çox olmamalıdır.
2. Gündəlik bilet satışı xəzinələrində biletlər həmin gün reysə yola düşən avtobuslara satılır.
3. Başlanğıc məntəqələrdə yerləşən avtovağzallaradan yola düşən avtobuslara bilet satışı avtobusun yola düşməsinə 5 dəqiqə qalmış dayandırılır.
4. Beynəlxalq və şəhərlərarası marşrutlarada yola düşən 5 yaşından 10 yaşına qədər uşaqlara biletin dəyərinin 50% həcmində güzəştli bilet satılır.
5. Sərnişinin 5 yaşına qədər olan bir uşağı pulsuz aparmaq hüququ vardır, bir şərtlə ki, əgər uşaq ayrıca oturacaq yeri tutmursa.
6. Bilet xəzinədarının sərnişinə 2 halda bilet satmamaq hüququ vardır:
- əgər avtobusda boş oturacaq yeri yoxdursa;
- əgər sərnişin sərxoş halda olarsa.
7. Həddi buluğa çatmayan, yəni şəxsiyyət vəsiqəsi olmayan və valideynin müşaiyəti olmayan uşaqlara bilet satışı qadağandır.
« Geriyə « Geriyə Güzəştlər haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07/11- 598 №-li 19 iyul 2004-cü il tarixli məktubuna əsasən MDB ölkələri ərazisində avtomobil nəqliyyatından güzəştlə istifadə etmək hüquqi saxlanılan vətəndaşlar barədə
MƏLUMAT
Vətəndaşların kateqoriyası | MDB ölkələri ərazisində avtomobil nəqliyyatında nəzərdə tutulan güzəştlər |
Sovet İttifaqı Qəhrəmanları və Şöhrət Ordeninin hər üç dərəcəsi ilə təltif olunanlar. | Talon təqdim olunduqda ildə 1 dəfə pulsuz |
I və II qrup Böyük Vətən Müharibəsi əlilləri və onlara bərabər tutulanlar | Talon təqdim olunduqda ildə 1 dəfə 50% güzəştli |
I qrup Böyük Vətən Müharibəsi əlillərini müşayət edən şəxslər | “Dlya soprovojdayuşeqo” talonu təqdim olunduqda, ildə 1 dəfə 50% güzəştlə (müşayət edəndə 2-ci talon olmalıdır) |
III qrup Böyük Vətən Müharibəsi Əlilləri | Talon təqdim olunduqda ildə 1 dəfə 50% güzəştlə |
Böyük Vətən Müharibəsi iştirakçıları və onlara bərabər tutulanlar | Talon təqdim olunduqda ildə 1 dəfə 50% güzəştlə |
Böyük Vətən Müharibəsi əlilləri | Oktyabr ayının 1-dən may ayının 15-dək talon təqdim etmədən 50% güzəştli |
Avtomobil nəqliyyatında 50% gediş-gəliş hüququna malik olan şəxslər həmin güzəştdən oz istəklərinə görə 1 il istifadə etmədikdə 2-ci il əvvəlki ilin talonu hesabına 100% güzəştlə gedib-gələ bilərlər.
« Geriyə « Geriyə Beynəlxalq və Şəhərlərarası marşrutlarda biletin qaytarılması qaydaları
1. Sərnişin şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda işləyən avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, o alınmış bileti 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə 3 gün ərzində həmin marşrut üzrə digər avtobus reysinə biletin dəyərinin 25 faizini əlavə ödəməklə təzələyə və ya həmin biletin dəyərinin 25 faizini çıxılmaqla ödənilmiş məbləği geri ala bilər.Sərnişinin xəstəlik və ya bədbəxt hadisə nəticəsində avtobusa gecikməsi, müalicə müəssisəsinin arayışı və ya bədbəxt hadisə barədə tərtib olunmuş aktla təsdiq edilməlidir.
2. Bilet şəhərlərarası (rayonlararası) müntəzəm marşrut avtobusunun yola düşməsinə ən azı 2 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytarıldıqda, onun əvvəlcədən satışına görə komisyon muzdu çıxılmaqla gediş haqqı sərnişinə qaytarılır. Bilet həmin müddətdən tez, lakin avtobusun yola düşməsinə 15 dəqiqədən çox qalmış vaxt ərzində qaytarıldıqda onun dəyərinin 15 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.
3. Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytarıldıqda onun dəyərinin 10 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.
4. Müntəzəm marşrutlarda avtobusun yola düşməsi hərəkət cədvəli ilə nəzərdə tutulmuş vaxtdan 1 saatdan artıq müddətə gecikdikdə və ya sərnişinə biletdə nəzərdə tutulduğundan aşağı dərəcəli yer verildikdə, o cümlədən biletdə nəzərdə tutulmuş yer sərnişinə verilmədikdə, o avtobus yola düşənədək bileti kassaya qaytarmaq və gediş haqqının tam dəyərini və əvvəlcədən satışa görə ödənilmiş komisyon muzdu geri almaq hüququna malikdir. Sərnişin daha aşağı dərəcəli avtobusda gedişə razılıq verdikdə, ödənilmiş gediş haqqı ilə ödənilməli olan gediş haqqı arasındakı fərq sərnişinə qaytarılır.
5. Cədvəldə nəzərdə tutulmuş müntəzəm marşrut avtobusun yerinə gediş haqqı daha yüksək olan avtobus təqdim edildikdə, bu barədə elan edilənədək bilet almış sərnişin həmin biletə əsasən əlavə gediş haqqını ödəmədən gedişi həyata keçirmək hüququna malikdir. Avtobusun daha yüksək tarifliyə dəyişdirilməsi haqqında elan edildiyi andan sərnişinlərə əvvəlcədən xəbərdarlıq edilərək biletlər daha yüksək tariflərlə satılır.
6. Daşıyıcıdan asılı olmayan səbəblərdən sərnişinlərin təyinat məntəqələrinə çatdırılması mümkün olmadıqda, gedişin dayandırıldığı məntəqədən təyinat məntəqəsinədək olan gedişin dəyəri reysin ləğv edildiyi andan 1 gün ərzində sərnişinə qaytarılır. Bu hallarda sərnişin onun tələbi ilə yaxınlıqda olan avtovağzala (avtostansiyaya), dəmir yolu stansiyasına və ya hava limanına daşıyıcı tərəfindən çatdırılmalıdır. Avtobus marşrutun başlanğıc məntəqəsinə qaytarıldıqda sərnişinə gediş haqqı və baqajın (əl yükünün) daşınması haqqı qaytarılır.
7. Yol getdiyi zaman sərnişin öz təqsiri ucbatından getdiyi avtobusdan geri qaldıqda, qət edilməmiş məsafəyə görə ödənilmiş məbləğ geri qaytarılmır və sərnişində gecikdiyi reysə olan bilet gələn reys üçün yenidən rəsmiləşdirilmir.
« Geriyə « Geriyə Beynəlxalq və Şəhərlərarası Avtobuslarda əl və baqaj yüklərinin aparılması qaydaları
1. Avtobus marşrutlarında daşınan baqaj yüklərinin tarif qiymətləri müəssisə tərəfindən təsdiq edilmiş və ya müqavilə əsasında razılaşdırılmış tariflərlə müəyyən olunur (cədvəl əlavə olunur).
2. Beynəlxalq və şəhərlərarası avtobus marşrutlarında bir sərnişinin, ölçüləri 60x40x20sm-dən çox olmayan və çəkisi 16 kq-dan artıq olmayan bir yükü salonda sərnişinlərə maneçilik törətməmək şərti ilə pulsuz aparmaq hüququ vardır
3. Beynəlxalq və şəhərlərarası avtobus marşrutlarında baqaj şöbəsi olduğu halda bir sərnişinin, ölçüləri 100x50x30sm-dən və ya çəkisi 16 kq-dan çox olmayan iki yükü baqaj haqqı ödənilməklə aparmaq hüququ vardır.
4. Gediş haqqının ödənməsi, yəni biletin olması sərnişinə pulsuz aparmaq hüququ vermədiyi üçün baqaj haqqı aparılan yükə görə əlavə olaraq ödənilməlidir.
5. Avtovağzalın ərazisindən çıxdıqdan sonra, yolboyu, yəni sərnişinin bileti olan məntəqəyə qədər baqaj yükünə cavabdehliyi sürücü daşıyır. Əgər müqavilə avtonəqliyyat müəssisəsi və ya firma ilə bağlanıbsa, məsuliyyəti həmin sürücüyə yol vərəqəsi verən müəssisə daşıyır.
6. Baqaj yükünün sahibi mütləq həmin baqaj gedən avtobusda olmalıdır.Sahibi olmayan baqaj yükünün daşınmasına icazə verilmir.
7. Salonda aparılan əl yüklərinə cavabdehliyi sərnişin daşıyır.
8. Əl və baqaj yüklərinin qısamüddətli saxlanması avtovağzallarda olan saxlama kameraları vasitəsilə həyata keçirilir.
9. Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən, odlu müxtəlif silahlar qəbul olunmur.
10. Eyni zamanda avtobusun salonunda müxtəlif heyvanların aparılmasına icazə verilmir.
11. Avtobusun salonunda qalıb yaddan çıxmış əşyalar, müvafiq aktla həmin avtovağzalın məsul işçiləri tərəfindən qəbul olunur.
12. Yaddan çıxmış və ya itmiş yükü, əşyanı qəbul edən avtovağzal həmin yükün tapılması barədə görünən yerdə elan asmalıdır. Həmin yükün alınması onun sahibi tərəfindən yazılı ərizə əsasında onun şəxsiyyət vəsiqəsi tələb olunmaqla verilir.
« Geriyə |
| » Ana səhifə » Haqqımızda » Sənədlər » Gediş haqqı tarifləri » Hərəkət cədvəlləri » Vakansiyalar » Foto albom » Əlaqə » ONLINE BİLET SİFARİŞİ
© 2016 "Azerbaijan Ground Services" MMC. Bütün hüquqlar qorunur. |
"Azerbaijan Ground Services" MMC
Sumqayıt şosesi 3-cü km
Baku, Azerbaijan
e-mail: info@groundservices.az
Telefon: (012) 406 01 58, (012) 406 01 59
| |
|