Biz dövlətimizin ən qiymətli əmanətini -
insan həyatını daşıyırıq!


Xəbərlər

2017-01-20 09:01 Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 27 il keçir

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Iyirmi yeddi il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, Sovet qoşun hissələri 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv edib. Nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

 Bu il xalqımız 20 Yanvar hadisələ­rinin 27-ci ildönümünü qeyd etməsinə baxmayaraq , igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

 

20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

 « Geriyə


Son şəkillər
Yevlax Avtovağzalı
Quba Avtovağzalı
Ucar Avtovağzalı
Ağsu Avtovağzalı


    »  Ana səhifə
    »  Haqqımızda
    »  Sənədlər
    »  Gediş haqqı tarifləri
    »  Hərəkət cədvəlləri
    »  Vakansiyalar
    »  Foto albom
    »  Əlaqə
    »  ONLINE BİLET SİFARİŞİ

    © 2016 "Azerbaijan Ground Services" MMC. Bütün hüquqlar qorunur.

"Azerbaijan Ground Services" MMC

Sumqayıt şosesi 3-cü km
Baku, Azerbaijan

e-mail: info@groundservices.az
Telefon: (012) 406 01 58, (012) 406 01 59