Biz dövlətimizin ən qiymətli əmanətini -
insan həyatını daşıyırıq!


Xəbərlər

2017-02-02 12:02 2 fevral Ümumrespublika Gənclər günüdür

2 fevral Ümumrespublika Gənclər günüdür. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün daha qətiyyətlə davam etdirilir. İndi Azərbaycanın hər yerində gənclər öz bayramlarını böyük iftixarla, həmçinin qazandıqları uğurlarla qeyd edirlər.

Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Onu da qeyd edək ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. 

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

 

 « Geriyə


Son şəkillər
Yevlax Avtovağzalı
Quba Avtovağzalı
Ucar Avtovağzalı
Ağsu Avtovağzalı


    »  Ana səhifə
    »  Haqqımızda
    »  Sənədlər
    »  Gediş haqqı tarifləri
    »  Hərəkət cədvəlləri
    »  Vakansiyalar
    »  Foto albom
    »  Əlaqə
    »  ONLINE BİLET SİFARİŞİ

    © 2016 "Azerbaijan Ground Services" MMC. Bütün hüquqlar qorunur.

"Azerbaijan Ground Services" MMC

Sumqayıt şosesi 3-cü km
Baku, Azerbaijan

e-mail: info@groundservices.az
Telefon: (012) 406 01 58, (012) 406 01 59